• DÜNYA

    11:09 15 may 2023

Türkiyədə seçki qutularının 100 faizi açılıb, Ərdoğan 49.24 faiz səs toplayıb

Türkiyədə prezident seçkiləri ilə bağlı qutuların 100 faizi açılıb.

ONA xəbər verir ki, “Anadolu” agentliyi bu barədə rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, prezident seçkiləri ilə bağlı qutuların 100 faizi açılıb, parlamentlə bağlı isə 99 faiz qutular açılaraq sistemə daxil edilib.

“Cümhur İttifaqı”nın namizədi, AK Partiyanın lideri Rəcəb Tayyib Ərdoğan seçicilərin 49.24 faiz (26 085 999) səsini alıb. “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğlu isə 45.06 faiz (23 869 863) səs toplayıb.

Digər namizədlər Sinan Oğan 5,28 faiz, yəni 2 796 379 səs, Məhərrəm İncə isə 0,42 faiz (220 133) səs ala bilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR