• DÜNYA

    03:46 24 noyabr 2019

Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Sivas-Ankara marşrutu üzrə hərəkətdə olan sərnişin mikroavtobusunun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

APA-nın “milliyet”ə istinadən verdiyi xəbərə görə, Yerköy rayonunun Arifoğlu kəndi yaxınlığında baş verən qəza nəticəsində sürücü də daxil olmaqla 16 nəfər yaralanıb.

Yaralılar Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR