Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 61 716 şübhəli koronavirus testindən keçib, onlardan 1183-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 617 nəfər olub, 1185 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 243 180 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5873 nəfər ölüb.
Nazir bildirib ki, son 3 gündə ən çox yoluxma sayı 5 vilayətdə - İstanbul, Ankara, Konya, Diyarbəkir və Şanlı Urfada qeydə alınıb.