• DÜNYA

    04:03 8 noyabr 2020

Türkiyədə son sutkada COVID-19-dan 81 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 81 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən belə bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 139 675 şübhəli koronavirus testindən keçib, onlardan 2483-nün cavabı pozitiv çıxıb, 1928 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 2730 nəfər olub.

Türkiyədə ümumilikdə 389 256 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 803 nəfər ölüb.

Nazir ağır xəstə sayının artmasını bir daha vurğulayaraq, COVID-19-un çətinliklərini yaşamamaq üçün, insanları tədbirlərə düzgün əməl etməyə çağırıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR