Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 57 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 115 328 şübhəli koronavirus testindən keçib, onlardan 1671-nin cavabı pozitiv çıxıb, 1396 xəstə isə sağalaraq evə buraxılıb.
Ağır xəstə sayı 1418 nəfər olub.
Türkiyədə ümumilikdə 340 450 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9014 nəfər ölüb.
F.Qoca bildirib ki, İstanbulda COVID-19 xəstə sayı bir ayda 50 faiz artıb.