Türkiyədə ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın CNN Türk-ə istinadən verdiyi xəbərə görə, qəza Ağrı vilayətində qeydə alınıb.
Belə ki, hərəkətdə olan təcili tibbi yardım maşını minik avtomobili ilə toqquşub.
Qəza baş verən zaman təcili tibbi yardım maşınında olan xəstə ölüb. Eyni zamanda qəza nəticəsində 9 nəfər xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.