Türkiyənin Diyarbəkir vilayətində törədilən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Nazir deyib ki, terror hadisəsində yaralanan 13 nəfərdən 3 nəfəri xəstəxanada ölüb.
***
22.05
Diyarbəkir vilayətinin Kulp və Muş şəhərləri arasındakı magistral yolda yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.
APA "RİA Novosti"yə istinadən xəbər verir ki, yaralılar dövlət şəhər xəstəxanasına yerləşdirilib.
Partlayışın PKK terrorçuları tərəfindən törədildiyi xəbər verilir.