Türkiyənin Malatya şəhərində Miad Sevgi evləri və Qızlar Yataqxanasında qalan 7 qız uşağı itib.
APA-nın Türkiyənin yerli mediasına istinadla verdiyi məlumata görə, Türkiyə Ailə, Çalışma və Sosial Xidmətlər İdarəsinin nəzdində fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş qızlar üçün xidmət göstərən müəssisədə 8 qızın olmadığı dünən yerli vaxtla saat 19:30 radələrində müəyyən edilib.
Qızlardan biri körpü üzərindən gedərkən tapılıb, digər 7 qızın axtarışı üçün şəhərdən çıxış hər tərəfdən bağlanıb.