• DÜNYA

    13:24 25 sentyabr 2022

Türkiyədə yük maşınları minik avtomobilləri ilə toqquşub, 10 nəfər ölüb

Bu gün Türkiyənin Malatya və Qars əyalətlərində yük maşınları minik avtomobilləri ilə toqquşub.

ONA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, Malatyada Kayseri-Malatya yolunda yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində avtomobildə olan 6 nəfər ölüb.

Qarsın Sarıkamış rayonunda isə yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində 4 nəfər ölüb, yük maşınının sürücüsü xəsarət alıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR