Türkiyədə Egey dənizində 4 bal gücündə zəlzələ baş verib.
APA bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Çanaqqala vilayətində, Gökçeada rayonundan 155,72 kilometr məsafədə qeydə alınıb.
Zəlzələnin mərkəzi 15,35 kilometr dərinlikdə yerləşib.
Bununla yanaşı, yerli vaxtla saat 23:19-da Denizli əyalətində də 3 bal gücündə zəlzələ qeydə alınıb. Dağıntı və ya tələfat qeydə alınmayıb.