• DÜNYA

    09:17 14 avqust 2022

Türkiyədə zəlzələ olub

Bu gün yerli vaxtla saat 06.18 və 06.24 radələrində Türkiyədə 5 maqnitudalı zəlzələlər baş verib.

ONA-nın xəbərinə görə, zəlzələnin ocağı Kuşadası körfəzində, İzmirin Menderes rayonu sahillərində olub.

Zəlzələ İzmir, Aydın və digər vilayətlərdə hiss edilib. Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) dağıntı və tələfat olmadığını açıqlayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR