• DÜNYA

    22:06 20 iyul 2019

Türkiyəli diplomatlara hücum edən ikinci terrorçu da tutuldu


Ərbil Təhlükəsizlik İdarəsi Türkiyənin Baş Konsulluğunun əməkdaşlarına hücum edən daha bir terrorçunun saxlandığını elan edib.
APA -nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, türkiyəli diplomata hücum edən Məzlum Dağa yardım edən Məhəmməd Biskisiz bu gün
saxlanılıb.
Qeyd edək ki, türkiyəli diplomatlara hücum iyulun 17-də Ərbil restoranlarının birində baş verib. Nəticədə bir türkiyəli diplomat və 2 iraqlı həlak olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR