• DÜNYA

    14:21 5 fevral 2023

Türkiyəli nazir: İrəvan-Bakı münasibətlərinin normallaşmasından sonra Ermənistanla sərhəd açılacaq

Türkiyə hakimiyyəti İrəvan və Bakı arasında münasibətlərin normallaşmasından sonra Ermənistanla sərhədləri açmağa hazırdır.

ONA-nın xəbərinə görə, bunu Türkiyənin ticarət naziri Mehmert Muş Qarsa səfər zamanı bildirib.

Nazir deyib ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmalıdır: “Biz ümid edirik ki, Ermənistan diaspor və xarici dövlətlərin təzyiqindən qurtulacaq və sərhədlərin açılmasını, xalqın rifah səviyyəsinin yüksəlməsini dəstəkləyəcək. Sərhədlərin açılacağı təqdirdə infrastrukturun hazırlığı çox zaman tələb etmir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR