Türkiyə yaxın 6 ay ərzində yeni nəsil pilotsuz döyüş təyyarələrinin istehsalına başlayacaq.
ONA-nın məlumatına görə, bunu bu gün gənclərlə görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti deyib ki, çəkisi 5 ton olacaq pilotsuz təyyarə 1,5 ton ağırlığında partlayıcı maddə daşıyacaq. Ərdoğan yeni pilotsuz təyyarənin Türkiyənin ölkə daxilində və sərhədlərindən kənarda terrorla mübarizəsinə böyük töhfə verəcəyini vurğulayıb.