• DÜNYA

    01:38 11 aprel 2020

Türkiyənin 31 şəhərində iki gün küçəyə çıxmaq qadağan olunub - YENİLƏNİB

Türkiyənin 30 böyük şəhərində və Zonquldak bölgəsində bu gecədən etibarən küçəyə çıxmaq qanunla qadağan edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin ötən gün yaydığı açıqlamasında bildirilib.

Qadağa 12.04.2020 tarixi gecə saat 00:00-dək davam edəcək.

***

Saat 23:38

Türkiyənin 31 şəhərində 2 gün küçəyə çıxma qadağası qoyulacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirlib ki, 10.04.2020 tarixi gecə saat 00:00-dan və 12.04.2020 tarixi gecə saat 00:00-dək böyük şəhər statusunda olan - Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbakır, Erzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van vilayətləri və tənəffüs yolları xəstəliklərinin çox yayıldığı Zonquldak şəhərində bütün əhalinin küçəyə çıxması qanunla qadağan olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR