• DÜNYA

    17:17 13 may 2019

Türkiyənin Ali Seçki Qurumu müxalifət patiyalarının şikayətlərini təmin etməyib

Türkiyənin Ali Seçki Qurumuna (YSK) ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin bütöv şəkildə ləğv olunması ilə bağlı şikasyətə baxıb.

ONA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, YSK şikayəti təmin etməyib.
CHP ilə yanaşı, İYİ Partiyanın da eyni məzmunda şikayəti təmin olunmayıb.

Xatırladaq ki, CHP və İYİ Partiya müraciətində 2018-cil ildə keçirilmiş prezident seçkilərinin və 2017-ci ildə keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvini də istəyib. Buna səbəb olaraq, Məntəqə və Dairə Seçki komissiyalarında dövlət məmuru olmayan şəxslərin əvvəlki seçkilərdə də həmin qurumlarda işlədiyini göstərib.
Qeyd edək ki, YSK mayın 6-da hakim Ədalət və İnkişaf Partiyasının (AKP) müraciətinə baxaraq, martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi olunması barədə qərar qəbul edib.
Qərara əsasən, İstanbulun Böyük Şəhər Bələdiyyə sədrliyinə seçkinin nəticələri ləğv edilib, 39 rayonun bələdiyyə sədrliyinə seçkinin nəticəsi isə saxlanılıb. Qərarda Məntəqə və Dairə Seçki komissiyalarında dövlət məmuru olmayan şəxslərin işləməsi və digər qanunsuzluqların olması əsas göstərilib.
Martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. YSK Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.
AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.
YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib.
Paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə də CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR