Türkiyənin Bolqarıstandakı səfirinin “türk dilinin Bolqarıstanda öyrənilməsi təmin edilməlidir” açıqlamasını bu ölkənin Xarici İşlər Nazirliyi təəccübə qarşılayıb.
ONA TASS-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyə diplomatik missiyasının rəhbəri mayın 13-də Bolqarıstanın Xarici İşlər Nazirliyinə çağırılacaq.
Səfirin fikirlərinin əsassız olduğunu deyən Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxarieva bildirib ki, ölkəsində xarici dillərin sərbəst öyrənilməsində heç bir problem yoxdur.
O, həmçinin Bolqarıstan məktəblərində ingilis, alman, fransız, çin, rus və digər dillərin tədris edildiyini də xatırladıb.