• DÜNYA

    03:57 22 iyun 2020

Türkiyənin Bursa vilayətində sel 2 nəfərin ölümünə səbəb olub

Türkiyənin Bursa vilayətində aramsız leysan yağışları nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Bursa Valisi bildirib.

Hazırda bölgədə xilasetmə və axtarış işləri aparılır. Ölkənin Daxili İşlər naziri Süleyman Soylu da fəlakət bölgəsinə baş çəkib.

Qeyd edək ki, Türkiyənin Hidrometeorologiya Baş İdarəsi bu gün Bursa, Sakarya və Düzcə ərazilərində leysan yağışları, daşqın və sel fəlakətlərinin gözlənildiyini proqnozlaşdırıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR