• DÜNYA

    04:39 6 may 2019

Türkiyənin məşhur yazıçısı Kadir Mısıroğlu vəfat edib

Türkiyənin məşhur yazıçısı Kadir Mısıroğlu bu gecə vəfat edib.

ONA Türkiyənin “hurriyet” agentliyinə istinadən xəbər verir ki, bir müddət Acıbadem Altunizade Xəstəxanasında müalicə alan yazıçı 86 yaşında dünyasını dəyişib.

Prezident Rəcəb Təyyub Ərdoğan Twitter hesabında çox sayda tarixi əsərlər müəllifinin vəfatı ilə bağlı başsağlığı verib: "Ölkəmizin əhəmiyyətli tarixçi yazarlarından biri olan Kadir Mısıroğlunun vəfatını təəssüf hissilə öyrəndim. Hörmətli Mısıroğluna Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı verirəm. Məkanı cənnət olsun".

Digər dövlət xadimlərindən prezident sözçüsü İbrahim Kalın, Maliyyə naziri Berat Albayrak da sosial şəbəkə üzərindən yazıçının vəfatından kədərləndiklərini bildirərək, ailəsinə səbir diləyiblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR