• DÜNYA

    07:43 8 yanvar 2021

Türkiyənin sayca 4-cü peyki "Türksat 5A" kosmosa buraxılıb

ABŞ-ın “SpaceX” şirkəti Türkiyənin rabitə peyki olan “Türksat 5A”-nı orbita çıxarıb. Peykin kosmosa daşınması “Falcon 9” daşıyıcı-raketlə həyata keçirilib.

APA “Anadolu”ya istinadən xəbər verir ki, raketin buraxılması “SpaceX” şirkətinin saytında canlı yayımlanıb.

Raket ABŞ-ın Şərq sahili vaxtı ilə saat 21:15-də (Bakı vaxtı ilə 06:15-də) Florida ştatındakı Kanaveral kosmodromundan göyə qalxıb. Peykin bu ilin ikinci yarısında işə başlayacağı gözlənilir.

Beşinci nəsil peyk 30 il istismarda olacaq və Türkiyə, Avropa, Orta Şərq, Afrika və bir sıra digər bölgələrdə televiziya yayımı xidmətləri göstərəcək.

Kosmosda peyk sahibi olan 30 ölkədən biri kimi Türkiyənin aktiv peyklərinin sayı telekommunikasiya peyki “Türksat 5A”-nın Yer orbitinə çıxarılması ilə 4 olacaq.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR