• DÜNYA

    23:06 13 yanvar 2021

Türkiyənin səhiyyə naziri canlı yayımda COVID-19-a qarşı peyvənd olunub

Türkiyənin səhiyyə naziri Fahrettin Koca canlı yayımda yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, F.Kocadan sonra Türkiyə Səhiyyə Nazirliyinin nəzdində COVID-19-la mübarizəyə qarşı yaradılan Elm Qurumu üzvlərinə də peyvənd vurulub.

Nazir bildirib ki, insanların normal həyata qayıtması üçün hər kəsin peyvənd olunması önəmlidir.

Qeyd edək ki, Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Coronavak” inaktiv vaksinin Türkiyədə kütləvi istifadəsini təsdiqləyib.

Nazir və digər səhiyyə işçilərnə “Coronavak” inaktiv vaksininin ilk mərhələsi vurulub. COVID-19-a qarşı peyvəndlənmə şərtlərinə görə, 28 gün sonra onlar ikinci dəfə peyvənd olunacaqlar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR