"Türkiyədə yeni tip koronovirusdan (COVİD-19) ölüm sayı 75-ə yüksəlib".
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsindən açıqlamsında bildirib.
Nazir qeyd edib ki, bu gün 16 koronoviruslu xəstə ölüb və son 24 saatda 7286 şübhəli koronovirus testindən keçib, onlardan 1196-nın cavabı pozitiv çıxıb.
“Sizi israrla tədbirlərə əməl etməyə dəvət edirəm”, - deyə nazir Türkiyə əhalisinə çağırış edib.
Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 3629-a çatıb.