• DÜNYA

    00:20 28 yanvar 2020

Türkiyənin Səhiyyə naziri: “Yalnız bir çinlinin koronavirusa yoluxmasından şübhələnib müayinə etdik, nəticələr bəlli deyil”

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Çinin Uhan şəhərindən yayılan yeni növ koronavirus (2019-nCoV) infeksiyasının səbəb olduğu pnevmoniya xəstəliyinə indiyədək ölkəsində rast gəlinmədiyini açıqlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, nazir Aksaray vilayətinin Sultanhanı rayonunda koronavirusla bağlı şübhəli bilinən 12 nəfər şəxsin nəzarətə alınması ilə bağlı yayılan xəbərə mövqe bildirərkən belə deyib.

F.Qoca deyib ki, Çindən gələn yalnız bir nəfərdə şübhələr yarandığı üçün xəstəxanaya götürülüb, müayinə edilib. Amma analizlərin nəticələri hələ müəyyən olunmayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR