Türkiyənin Suriya ilə sərhədində, Suriyanın Haseke vilayətinin şimalındakı Tell-Xələf şəhərində mənşəyi məlum olmayan səbəbdən partlayış baş verib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriyanın “SANA” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına, insident zamanı türkiyəli əsgərlər və Türkiyənin dəstəklədiyi Suriya müxalifləri arasında ölənlər və yaralananlar olub. Bildirilir ki, partlayış yerli baytarlıq klinikasının binası yaxınlığında meydana gəlib, yaralılar müalicə üçün Türkiyəyə gətirilib.