• DÜNYA

    06:45 2 may 2019

Türkiyənin Ukraynadan “Konus” raketləri almasına dair müqavilə imzalanıb

Türkiyə Ukrayna ilə tank əleyhinə idarə edilən raketlərin alınmasına dair ilkin müqavilə imzalayıb.

ONA lenta.ru-ya istinadən xəbər verir ki, razılaşma “Makina ve Kimya Endüstri Kurumu” (MKEK) dövlət şirkəti ilə “Ukroboronprom” dövlət korporasiyasının “Spestexnoeksport” şirkəti arasında reallaşıb.

Müqaviləyə əsasən, bu raketlərin Türkiyə tanklarında quraşdırılması, gələcəkdə isə MKEK-nın zavodlarında istehsalı nəzərdə tutulur.

Qeyd edək ki, söhbət Ukraynanın “Luç” zavodunun istehsalı olan 120 mm-lik idarə edilən “Konus” raketlərindən gedir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR