“Bu həftənin ikinci günü - sabah “Yeni Hərbi Sistem” qanun layihəsi Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq”.
APA DHA-ya istinadla xəbər verir ki, bunu hakim AK partiyasının təmsilçisi Bülent Turan jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
O bildirib ki, yeni hərbi qanunvericiliklə bağlı müzakirələr zamanı hər hansı bir dəyişikliyin edilməsi də istisna deyil.
B.Turanın sözlərinə görə, müxalifət partiyaların nümayəndələrinin də birgə iştirakı ilə müzakirəyə çıxarılacaq “Yeni Hərbi Sistem”in həftə sonunadək qəbul ediləcəyi gözlənilir.
O, əlavə edib ki, 23 iyunda İstanbul Böyükşəhər Bələdiyyə seçkiləri sözügedən qanunla bağlı müzakirələrin aparılmasına, qəbuluna heç bir maneə yaratmayacaq.