Türkmənistan üç illik fasilədən sonra Rusiyaya qaz tədarükünü bərpa edib.
ONA “Orient” xəbər portalına istinadən xəbər verir ki, bu haqda Türkmənistanın neft-qaz sahəsindəki mənbə bildirib.
Qaz tədarükü 2003-cü ildə Rusiya ilə Türkmənistan arasında imzalanmış 25 illik müqavilə əsasında aparılır.
Qeyd edək ki, “Qazprom” şirkəti 2016-cı ildən kommersiya məqsədilə qaz tədarükünə fasilə vermişdi.