• DÜNYA

    13:43 21 mart 2019

Tusk Brexit-i təxirə salmağın şərtini açıqlayıb

Avropa İttifaqı Şurasının sədri Donald Tusk Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının təxirə sadınmasına dair şərti açıqlayıb.

ONA-nın TSN nəşrinə istinadən verdiyi məlumata görə, D. Tusk deyib ki, əgər Böyük Britaniyanın baş naziri Tereza Mey və Avropa Komissiyasının sədri Jan-Klod Yunker arasında razılaşdırılmış sənəd Böyük Britaniya parlamentində qəbul edilərsə, Avropa İttifaqı Brexit-i iyunun 30-dək təxirə salmağa razılaşacaq.

Bununla belə, D. Tusk qeyd edib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının iyunun 30-dək təxirə salınmasının bir sıra siyasi və hüquqi nəticələri də olacaq: “Bu il mayın sonunda Avropa Parlamentinə seçkilər keçiriləcək və Böyük Britaniyanın da bu seçkilərdə iştirak etməsi lazım gələcək”.

Qeyd edək ki, dünən Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqı Şurasının sədri Donald Tuska məktub yazıb. Məktubda Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının martın 29-dan iyunun 30-dək təxirə salınması xahiş olunub.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR