• DÜNYA

    13:42 18 iyun 2019

UEFA-nın sabiq prezidenti həbs edilib

UEFA-nın sabiq prezidenti Mişel Platini həbs olunub.

APA-nın məlumatına görə, fransalı futbol rəsmisi korrupsiyada şübhəli bilinir.

O, DÇ-2022-nin ev sahibliyinin Qətərə verilməsi ilə bağlı araşdırmalara görə həbs olunub. Bu hüquq Asiya ölkəsinə 2010-cu ilin dekabrında verilib. M.Platini antikorrupsiya idarəsində saxlanılacaq.

Qeyd edək ki, M.Platini 2007-ci ildə UEFA prezidenti seçilib. O, FİFA-nın etika komitəsinin qərarı ilə 2015-ci ildə postundan kənarlaşdırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR