• DÜNYA

    12:54 17 may 2019

Ukrayna Ali Radasında hakim koalisiya fəaliyyətini dayandırıb

Ukrayna Ali Radasında hakim “Avropalı Ukrayna” koalisiyası parçalanıb.

ONA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, "Xalq Cəbhəsi" fraksiyası prezident Pyotr Poroşenkonun partiyasından ayrıldığını elan edib.

"Biz indiki koalisiyadan çəkildiyimizi, onun fəaliyyətinin dayandırıldığını və yeni gündəliyi olacaq yeni bir koalisiya yaratma təşəbbüsümüzü bəyan edirik",- deyə "Xalq Cəbhəsi" fraksiyasının sədri Maksim Burbak parlamentdə çıxışı zamanı bildirib.

Ali Radanın sədri Andrey Parubi deyib ki, koalisiya öz fəaliyyətini rəsmi şəkildə dayandırıb və bu gündən etibarən bir ay ərzində yeni koalisiya formalaşdırılmalıdır: "Əgər bir ay ərzində yeni koalisiya yaradılmazsa, prezident parlamenti buraxa və növbədənkənar seçki çağıra bilər".

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR