• DÜNYA

    22:22 31 mart 2019

Ukraynada seçkilər: Poroşenko ilə Zelenski ikinci tura keçib -EXİT-POLL

Ukraynada prezident seçkilərində səsvermə başa çatıb, səslərin sayılmasına başlanılıb.

ONA-nın UNİAN-a istinadən yaydığı xəbərinə görə, rəsmi nəticələr hələlik məlum olmasa da, "exit-poll"un nəticələrinə əsasən, komediya ustası Vladimir Zelenski 30,1% səslə irəlidədir.

İkinci yerdə 18,5% səslə hazırki prezident Petro Poroşenko, üçüncü yerdə isə 14% səslə sabiq baş nazir Yuliya Timoşenko gəlir.

Beləliklə, "exit-poll"un nəticələrinə əsasən, Vladimir Zelenski və Petro Poroşenko ikinci tura keçir.

Lakin Y. Timoşenko "exit-poll"un rəyi ilə razılaşmayıb, nəticəslərin saxtalaşdırıldığını iddia edir. O, ikinci tura V. Zelenski ilə özünün keçdiyini bildirib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR