Ukrayna Milli Qvardiyasının keçmiş komandanı Yuriy Allerov saxlanılıb.
ONA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun mətbuat katibi Olqa Postolyuk deyib.
O bildirib ki, həmin şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə, əmlakın talan edilməsi maddələri ilə ittiham olunur. Bildirilib ki, günün sonuna kimi həmin şəxsə qarşı ittiham elan olunacaq. O.Postolyuk əlavə edib ki, sabah təmsil etdiyi qurum Solomensk məhkəməsində həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət qaldıracaq.
O həmçinin bildirib ki, Milli Qavardiyanın keçmiş komandanı Milli Qvardiya işçiləri üçün nəzərdə tutulmuş binanın tikintisi zamanı fırıldaqçılıqda təqsirli bilinir.