• DÜNYA

    16:32 28 mart 2019

Ukrayna prezident seçkiləri günü 6 min polis təhlükəsizliyi təmin edəcək

Ukraynada martın 31-i keçiriləcək prezident seçkiləri ilə bağlı 6 min polis ölkədə təhlükəsizliyi təmin edəcək.

ONA xəbər verir ki, bu barədə Kiyev Polisinin rəhbəri Andrey Krişenko bildirib.

Onun sözlərinə görə, polis qarnizonu, Milli Qvardiya Qüvvələri, mərkəzi aparatın əməkdaşları, Daxili İşlər Nazirliyinin ali təhsil müəssisələrinin kursantları təhlükəsizliyin təminatına cəlb olunacaqlar.

O, əlavə edib ki, seçki günü Kiyevdə 13 kinoloq qrupu, 200-dən çox patrul dəstəsi fəaliyyət göstərəcək.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR