• DÜNYA

    17:43 15 may 2019

Ukrayna prezidenti Poroşenko dövlət dili haqqında qanunu imzalayıb

Ukrayna prezidenti Petro Poroşenko "Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında" qanunu imzalayıb.

ONA-nın xəbərinə görə, imzalanma mərasimi Prezidentin "Facebook" səhifəsində canlı yayımlanıb.

"Bu gün, 15 may tarixində Ukrayna prezidenti Petro Poroshenko olaraq "Ukrayna dilinin dövlət dili kimi fəaliyyət göstərməsini təmin etmək haqqında" qanuna imza atmaqdan şərəf duyuram. Mən balanslı və diqqətlə hazırlanmış dil qanununu imzalayıram”, - deyə Poroşenko bildirib.

O qeyd edib ki, bu qanunun imzalanması "Ukrayna dövlətçiliyinin formalaşması üçün ən vacib aktlardan biridir".

Prezident Poroşenko bildirib ki, bu qanun Ukraynada yaşayan milli azlıqların dilinə təsir etməyəcək.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR