Ukrayna prezidenti Petro Poroşenko Kerç boğazında baş verən insidentdən sonra Rusiya prezidenti Vladimir Putinin onun telefon zənglərinə cavab verməməsindən gileylənib.
ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu haqda prezident “Fox News” telekanalına müsahibəsində bildirib.
Qeyd edək ki, ötən ilin dekabr ayında Vladimir Putin Poroşenkonun zənglərinə cavab verməməsini onun prezidentlik kampaniyasında iştirak etmək istəməməsi ilə əlaqələndirib.