Kiyevdə Ukrayna Prezindenti Adminstrasiyasının əməkdaşının meyiti tapılıb.
ONA Rusiya mətbuatına istinadən xəbər verir ki, onun meyiti səhər saatlarında Şevçonko rayonunda aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Aleksandr Buxtata olduğu müəyyənləşib. O, Prezident Adminstrasiyasında baş məsləhətçi vəzifəsində çalışırmış.
Hazırda meyit ekspertizaya göndərilib, yaxınlıqdakı müşahidə kameraları araşdırılır.