• DÜNYA

    11:53 21 mart 2019

Ukrayna Rusiya Dövlət Dumasının sədrinə sanksiya tətbiq edib

Ukrayna Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə sanksiya tətbiq edib.

ONA-nın xəbərinə görə, bu barədə Rusiya parlamentinin aşağı palatasının “Facebook’ sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

Parlament hesab edir ki, V. Volodinin sanksiya tətbiq edilən şəxslər siyahısına daxil edilməsi "Ukraynanın 23 il ərzində Krım və Sevastopola vurduğu iqtisadi ziyanın araşdırılması" məqsədi ilə Dövlət Dumasında İşçi qrupun yaradılması barədə qərarın qəbulu ilə əlaqədardır.

Qeyd edək ki, dünən Ukrayna prezidenti Petr Poroşenko Ukrayna Təhlükəsizlik Şurasının Krım körpüsünün tikintisində və Donbasda keçirilən “seçkilər”də iştirak etmiş 294 hüquqi və 848 fiziki şəxsə sanksiya tətbiq edilməsi barədə qərarını təsdiqləyib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR