Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Rusiyadakı müvəqqəti işlər vəkilini Kiyevə çağırıb.
APA-nın Moskva müxbirinin xəbərinə görə, müvəqqəti işlər vəkilinin Ukraynanın Rusiyadakı Səfirliyinin təxliyəsinə başlamaq üçün məsləhətləşmələrdən ötrü Kiyevə çağırıldığı bildirilib.
Bundan başqa, Ukraynanın Rusiyadakı səfirliyinin əməkdaşlarının təxliyə prosesi başlayıb.