Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasiliy Qritsak istefa verib.
ONA-nın məlumatına görə, bu barədə bəyanat xidmətin saytında yerləşdirilib.
Vasili Qritsak istefa ərizəsini bu gün yeni seçilmiş prezident Vladimir Zelenskiyə təqdim edəcəyini bildirib. Onunla yanaşı müavinləri də istefa ərizəsi yazıblar.