• DÜNYA

    15:56 22 sentyabr 2019

Ukrayna və Türkiyə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması barədə razılığa gəlib

Ukrayna və Türkiyə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması ilə bağlı ilkin razılığa gəlib.

ONA-nın xəbərinə görə, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

Bu barədə razılıq Ankarada səfərdə olan Ukrayna Daxili işlər nazir Arsen Avakov və Türkiyə Daxili işlər naziri Süleyman Soylu arasında görüşdə əldə edilib.

Daxili işlər nazirləri müvafiq razılaşmanın yaxın vaxtlarda imzalanacağına ümid etdiklərini bildiriblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR