“Avropa ölkələri Rusiyaya qarşı sanksiyaları yumşaltsa, rəsmi Kiyev Minsk razılaşmasına əməl etməyi dayandıracaq”.
ONA-nın “Evropeyskaya pravda” portalına istinadən verdiyi məlumata görə, bunu Brüsseldə Ukraynanın xarici işlər naziri Pavel Klimkin deyib.
“Avropa Donetsk və Luqanskda pasport payladığı bir vaxtda Rusiyaya qarşı addım atarsa, bu günə kimi əldə etdiyimiz bütün məntiqli nəticə pozulacaq”,- deyə P.Klimkin əlavə edib.