Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb
  • DÜNYA

  • 11:09 30 May 2019

Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb

Ukraynanın Rovenskaya vilayətində Mi-8 hərbi helikopteri qəzaya uğrayıb, 5 nəfər ölüb.

ONA-nın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidmətinin “facebook” səhifəsində məlumat qeyd olunub. “Aviaqəza zamanı 4 nəfər ekipaj üzvü ilə bərabər bir komandir həlak olub”,-deyə məlumatda bildirilir.

Qeyd edilir ki, helikopterlə ötən gün yerli vaxtla saat 23:27-də əlaqə itib.

Hazırda xilasedici xidmət və hüquq mühafizə orqanları hadisə yerində işləyir. Qəzanın başvermə səbəbləri araşdırılır.

Məlahət Nəcəfova

Teqlər: helikopter Ukrayna qəza

OXŞAR XƏBƏRLƏR