• DÜNYA

    16:11 6 sentyabr 2020

Ukraynada koronavirusa yoluxan daha 35 nəfər ölüb

Ukraynada ötən sutka ərzində 2 107 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

ONA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 135 894 nəfərə çatıb.

Ötən sutka virusa yoluxan 35 nəfər həyatını itirib. Bununla da Ukraynada COVİD-19-dan ölənlərin sayı 2 846 nəfərə çatıb.

Ukraynada koronavirusa yoluxan 135 894 nəfərdən 62 227 nəfər sağalıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR