• DÜNYA

    13:23 7 may 2019

Ukrayna parlamentinin sədri haqqında araşdırma başlayıb

Ukraynanın Milli Anti-korrupsiya İdarəsi büdcə vəsaitlərinin doğru məqsədlərlə xərclənməməsi şübhəsi ilə Ukrayna parlamentinin sədri Andrey Parubiyə qarşı istintaq başladıb.

ONA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə sözügedən idarənin mətbuat xidməti məlumat yayıb.

İstintaq xidməti maraqlara zidd olaraq qeyri-qanuni mənfəət əldə etmək üçün məqsədli şəkildə səlahiyyətdən və ya rəsmi mövqedən sui-istifadə etmə, həmçinin büdcə vəsaiti və xərclərinin, büdcədən alınan kreditlərin düzgün istifadə edilməməsi ilə bağlı aparılır.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR