Ukraynada parlament seçkilərində səsvermənin hesablanması tam başa çatıb.
“Ukrinform”un verdiyi məlumata görə, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasının rəsmi saytında məlumat yayılıb.
Nəticələrə əsasən, Ukrayna Prezidenti Vladimir Zelenskinin “Xalqın Xidmətçisi” partiyası 43,16 faiz səslə qalib gəlib.
Ukrayna parlamentinə daha 4 partiya keçib: “Həyat uğrunda - müxalifət platforması” – 13,05 faiz, “Batkivşina” – 8,18 faiz, “Avropa Həmrəyliyi” – 8,10 faiz və “Səs” – 5,82 faiz.
Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də keçirilib.