• DÜNYA

    09:00 21 aprel 2019

Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir

Bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir.

ONA-nın məlumatına görə, prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Petro Poroşenko və şoumen Vladimir Zelenski mübarizə aparacaq.

Qeyd edək ki, martın 31-də keçirilən prezident seçkilərinin birinci turunda seçici fəallığı 63,48 faiz olub. Namizədlərdən heç biri 50 faiz səs toplaya bilməyib. Prezidentliyə namizədlər Vladimir Zelenski seçicilərin 30,24 faizinin (5 713 825 nəfər), Petro Poroşenko isə 15,95 faizinin (3 014 523 nəfər) səsini toplayaraq ikinci turda mübarizə aparmaq hüququ qazanıblar.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR