Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunun keçiriləcəyi tarixi açıqlayıb.
ONA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, prezident seçkiləri aprelin 21-də keəçiriləcək.
Prezident seçkilərinin ikinci turunda şoumen Vladimir Zelenski və hazırkı dövlət başçısı Petr Poroşenko mübarizə aparacaq.
MSK-nın açıqladığı nəticələrə əsasən, səslərin 30,24 faizini V. Zelinski toplayıb. P. Poroşenko 15,95 faiz, Yuliya Timoşenko 13,4 faiz, Yuri Boyko 11,67 faiz, Anatoli Qritsenko 6,91 faiz, İqor Smeşko 6,04 faiz, Oleq Lyaşko 5,48 faiz səs toplayıblar. Aleksandr Vilkulanı seçicilərin 4,15% faizi, Ruslan Koşulinskini 1,62 faizi dəstələyib. Digər namizədlərin səs 1 faizdən az olub.