Ukraynada prezident seçkiləri ilə bağlı səsvermə bülletenlərinin 70,03 faizi hesablanıb.
ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, aktyor Vladimir Zelenski 30,45 faiz səs toplayaraq birinciliyi qoruyur. Hazırkı prezident Pyotr Poroşenko 16,19 faiz seçicinin dəstəyini qazanıb. “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko 13,15 faiz səslə 3-cü, “Həyat naminə- müxalifət platforması”nın lideri Yuriy Boyko isə 11,55 faizlə 4-cü yerdə qərarlaşıb.
Artıq rəsmən prezident seçkiləri ilə bağlı ikinci mərhələnin keçiriləcəyi elan olunub. Aprelin 21-də keçiriləcək səsvermədə Vladimir Zelenski və Pyotr Poroşenko mübarizə aparacaqlar.
***
10.40
Ukraynada prezident seçkiləri ilə bağlı səsvermə bülletenlərinin yarıdan çoxu hesablanıb. ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ukraynalı aktyor Vladimir Zelenski liderliyini qoruyur. Səslərin 55,50 faizinin hesablanmasına əsasən o, 30,25 faiz seçicinin dəstəyini qazanıb. Hazırki prezident Pyotr Poroşenko 16,54 faiz səs toplayıb. “Batkivşina” partiyasının lideri Yulya Timoşenko 13,09 faiz səs toplayaraq 3-cü yerdə qərarlaşıb.
Ukraynada ötən gün prezident seçkiləri keçirilib.