Ukraynada son sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 17 430 yoluxma halı müəyyən edilib, 336 nəfər ölüb.
ONA-nın xəbərinə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
İndiyə qədər Ukraynada 2 922 302 nəfər COVİD-19-a yoluxub, 67 729 nəfər ölüb.