• DÜNYA

    20:50 11 aprel 2019

Ukraynada sosioloji sorğular Zelenskiyə qələbə vəd edir

Ukraynada prezident seçkilərinin birinci turundan sonra ilk sosioloji sorğular keçirilib.

ONA-nın TASS-a istinadən xəbərinə görə, sorğular namizəd Vladimir Zelenskiyə inamlı qələbə vəd edib.

Ona ukraynalıların 71% səs verməyə hazırdır, Poroşenkoya isə əhalinin 29% səs vermək niyyətindədir.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR